Aprel 19, 2008 14:33
İstəyirsən gəl bir beş dəqiqə ölümü düşünək. Amma sənin ölümünü. Necə? Beləcə:
Düşün ki, heç xəyalında olmayan, daim ertələdiyin, ölüm, sənə gənc yaşında ikən gəldi. Evə xəbər göndərdilər, övladınız Haqqın rəhmətinə qovuşdu.(!) Səni bir nəfərlik otağa aparırlar. Morqdasan. Buz kimi bir məkan. Bir azdan sevdiklərin başına toplaşıb ağlayacaqlar.
Davamı...
Dekabr 29, 2007 17:57

İbni Əbu Şeybə və İmam Əhməd Həsəndən (Allah ondan razı olsun) rəvayət edirlər ki, Allah Adəm və zürriyyətini yaratdığı vaxt mələklər: “Yer bunları saxlaya bilməz” dedilər. Allah təala onlara belə cavab verdi: “Mən onların içinə ölümü göndərəcəm”. Mələklər dedilər: “Onda həyat onlara xoş gəlməyəcək”. Allah təala belə cavab verdi: “Mən onların qəlblərinə əməl yerləşdirəcəyəm”. Əbu Nueym “Hilyə” kitabında Mücahiddən belə rəvayət edir: “Adəm (ə.s) yerə endiyi vaxt Rəbbi ona belə dedi: “Yıxılmaq üçün düzəlt, ölmək üçün doğur”
Davamı...
Dekabr 26, 2007 18:45

Dünya həyatına ehtirasla bağlanan bütün insanların çox bildikləri, amma daimi olaraq qaçmağa çalışdıqları vacib bir gerçək var: Ölüm hər insanın bır gün mütləq üzləşəcəyi bir hadisədir. Və ölüm bütün yaşamını dünya həyatı üzərində qurmuş bir insanın bu dünyaya verdiyi bütün əməyi bir anda silib yox edəcək, tamamən mənasız hala gətirəcəkdir. On illər boyu xərclənən əziyyət, yığılan mallar, insanlar arasında qururlanan bütün dəyərlər, ölüm ilə birlikdə bütün gücünü itirəcəkdir. İnsan dünyanın ən zəngin, ən məşhur, ya da ən tanınmış insanı olsa da belə bir anda bütün maddi dəyərlərini itirəcəkdir.
Davamı...