Reklam verin!

TÜRKYƏNİN TƏHSIL MÜƏSSİSƏLƏRİNDƏ HİCABA QOYULAN QADAĞA LƏĞV EDILIB

Yazar: musliman @ Yanvar 29, 2008 19:55

Türkiyənin təhsil müəssisələrində hicab geyilməsinə olan qadağanın ləğv edilməsi ilə bağlı qərar qəbul olunub. Bu barədə iqtidarda olan Ədalət və İnkişaf Partiyası və ölkənin ən böyük müxalifət partiyası olan Milli Hərəkat Partiyası özlərinin birgə bəyanatında bildirmişlər.


 


Bu qadağanın ləğv edilməsi ilə bağlı qərarı partiyalar bir yerdə vermişlər. Partiyaların birgə verdiyi bəyanatda o cümlədən bildirilir: «Bu olay – ali təhsil sisteminin üzərində sızlayan bir yaradır. Və bu səbəbdən də bu problemin çözülməsi mütləq vacibdir. Hər iki partiya bu qadağa qanununa qarşı dəfələrlə müxtəlif formalarda öz münasibətlrini bildirmişlər. Və bu hal, hər iki partiya tərəfindən insan haqları və azadlıqları baxımından dəyərləndirilmişdir». Türkiyə KİV-in verdiyi məlumata görə, AK Parti Konstitusiyanın 42-ci, MHP isə 10-cu maddəsini dəyişdirilməsini istədikləri halda, hər iki maddənin birlikdə dəyişdirilməsi ilə bağlı ortaq məxrəcə gəlmişlər. Və artıq qərara alınmışdır ki, Konstitusiyaya olacaq bu düzəlişlər yönündə hər iki partiya texniki məsələləri həll elmək üçün bir araya gəlsinlər.

Bildirildiyinə görə, bu tarixi qərarın verilməsi «vətəndaşların hüquq və azadlıqlarına riayət edilməsinin zəruriliyi» ilə əsaslandırılmışdır. Belə ki, Türkiyədə yaşayan hicablı qadınlar universitetlərdə başıaçıq halda oxumağa məcbur olduqları üçün, ali təhsil ala bilmirdilər.
Bütün bunlarla bərabər, Ərdoğan hakimiyyəti, Türkiyənin üzvü olmağa hazırlaşdığı Avropa Birliyinin tələblərinə uyğun olaraq, ölkə vətəndaşlarının şəxsi hüquq və azadlıqlarını təmin etmək üçün Konstitusiyaya düzəlişlər etməyə də hazırlaşır. Və Konstitusiyaya dəyişikliklər etmək üçün isə, Ərdoğana müxalif Milli Hərəkat partiyasının dəstəyi zəruridir.
Xatırladaq ki, bir neçə ay bundan qabaq, Tunisdə də ictimai yerlərdə hicablı görünməni qadağan edən qanunun ləğv olunması ilə bağlı tarixilik baxımından analoji qərar qəbul edilmişdi.

Müxtəlif | Şərhlər(0)
Baxış sayı: 124
Açar sözlər:
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha