Reklam verin!

Üsamə bin Ladenin yeni videomüraciəti yayılıb

Yazar: musliman @ Dekabr 30, 2007 18:15

“Əl-Kaida” lideri Üsamə bin Ladenin yeni videomüraciəti yayılıb. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bin Laden müsəlmanları İsrailə qarşı “müqəddəs müharibə”ni (cihad) davam etdirməyə çağırıb.




O, İordan çayından dənizə qədər olan Fələstini azad etməyə hazırlaşdıqlarını bildirib: “Biz Fələstin ərazisindəki bir qarış torpağı da yəhudi torpağı kimi tanımırıq. Qana qan, dağıntıya dağıntı”. Üsamə bin Laden İraq sünnilərini İraqda formalaşdırılacaq hər hansı hökumətdə iştirakdan çəkinməyə səsləyib. “Əl-Kaida” liderinin fikrincə, ABŞ və İraq hakimiyyətləri ölkədə sünni, şiə və kürdləri birləşdirəcək milli birlik hökuməti yaratmaq niyyətindədir: “Biz bunun qarşısını almalıyıq, çünki bu cür hökumət İraqda İslam dövləti qurulmasına imkan verməyəcək”.
Qeyd edək ki, bu, 2007-ci ilin sentyabrından bəri Üsamə bin Ladenin 5-ci müraciətidir. /APA/

Müxtəlif | Şərhlər(0)
Baxış sayı: 169
Açar sözlər:
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha