Kafirlərin bayramlarını keçirməyin qadağan olması
Həmd Allaha məxsusdur.
Müsəlmanın kafirlərin bayramlarında onlara qoşulması, bu münasibətlə sevinməsi, şənlənməsi və yaxud işdən istirahət götürməsi qadağandır. Çünki, bu Allah təalanın düşmənlərinə oxşamağın bir növüdür ki, Allah təala bunu qadağan etmişdir. Onlarla batil üzərində yardımlaşmanın bir növüdür. Allah Rəsulunun sallallahu aleyhi və səlləm belə dediyi sabit olmuşdur: “Kim bir qövmə bənzəyərsə o da onlardandır”.
Allah təala buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (Maidə 5:2).
Sizə məsləhətimiz budur ki, bu barədə oxumaq üçün Şeyx ul-İslam İbn Teymiyyənin Allah ona rəhmət etsin İqtida əl-Sırat əl-Mustəqim kitabına müraciət edəsiniz. (Tərcüməçinin qeydi: Bu kitab türk dilində mövcuddur. İngilis dilində isə “The right way (Doğru yol) başlığı altında mövcuddur).
Güc və Qüdrət Sahibi Allahdır. Allahın salamı və salavatı Peyğəmbərimizi Muhəmməd sallallahu aleyhi və səlləmə, onu ailəsinə, səhabələrinin üzərinə olsun.
İslami Daimi Araşdırma və Fətvalar Heyəti, Fətva N:2540
Kafirlərin bayramlarına qoşulmağın hökmü
Sual: Bir çox müsəlmanların Milad Gününü (Christmas) keçirdiklərini müşahidə edirəm. Quran və Sünnədə elə bir dəlil var ki, bu cür əməlləri etməyin günah olduğunu onlara göstərim.
Cavab:
Həmd Allaha məxsusdur.
Aşağıdakı səbəblərdən dolayı kafir bayramlarını keçirmək qadağandır.
Birincisi: Çünki belə etməklə müsəlman kəs onlara oxşamış və yaxud bənzəmiş olur. Rəsulullah sallallahu aleyhi və səllə buyurmuşdur: “Kim bir qövmə bənzəyərsə o da onlardandır” (Əbu Davud rəvayət etmişdir). Bu çox ciddi bir xəbərdarlıqdır. Abdullah ibn Amrdan demişdir: Kim müşriklərin diyarında yaşayarsa və onların Yeni İlini və bayramlarını keçirərsə, dünyasını dəyişənə qədər onlara oxşayarsa, qiyamət günü xüsrana uğranyanlardan olacaqdır”.
İkincisi: Onların bayramlarında, şənliklərində iştirak etmək onlarla dostluq etmək və onlara sevgi, məhəbbət göstərməyin bir növüdür. Allah təala buyurur:
“Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!” (Maidə 5:51)
Allah təala buyurur: “Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (vəli) tutun! Onlar (kafirlər) sizə gələn haqqı (Quranı, Muhəmməd əleyhissəlamı) inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz (mehribanlıq göstərirsiniz)“ (Mumtəhinə 60:1).
Üçüncüsü: Bayramlar, şənliklər din və əqidə məsələsidir. Dünyəvi adət-ənənə məsələsi deyildir. Necə ki, hədisdə varid olmuşdur: “Hər bir xalqın öz bayramı (şənliyi) var və bu bizim bayramımızdır (şənliyimizdir)”. Onların bayramları və yaxud şənlikləri onların küfr və şirk olan batil əqidələrini əks etdirir.
Dördüncüsü:
Allah təala buyurur: “O kəslər ki, yalan yerə şahidlik etməz… (Furqan 25:72). Alimlər bu ayənin şərhində bildirmişdirlər ki, bu ayə müşriklərin bayramlarına aiddir. Onlardan hər hansı birinə bayramları münasibətilə təbrik dəvətnaməsi vermək və yaxud onlara dəvətnamə satmaq və yaxud bayramları üçün ehtiyac duyduqları işıq, ağac və yaxud ərzaq-o cümlədən hind xoruzu, şirniyyat çubuqları satmaq qadağandır.
MİLAD GÜNÜNÜN TARİXİ
Qədim bütpərəstlərin dövründə Şimal yarımkürəsində qışın son günü Böyük Ana İlahənin körpə Günəş İlahı dünyaya gətirdiyi gecə kimi qeyd olunurdu. Həmçinin buna Yule-böyük bir taxta parçasının tonqala atıldığı gün-adlanırırlar. Günəşi uzun qış yuxusundan oyatmaq üçün hər bir kəs bu tonqalın ətrafında rəqs edir və mahnı oxuyardılar.
Romalıların dövründə, bu Saturnusu (məhsul İlahı) və Mithrası (qədim işıq ilahını) ucaltmaq üçün edilən-Sol İnvictus ayinindən bir əsr əvvəl günəşə edilən ibadət, Suriyadan Romaya gəlmişdi-mərasimlərə çevrildi. Bu ayinlərdə elan edirdilər ki, qış daimi deyil, həyat davam edir və yaxşı əhval-ruhiyədə olmağa dəvət edirdilər.
Şimal Yarımkürəsində qışın son günü dekabrın 20-22-nə təsadüf edir. Romalılar Saturnaliyanı dekabrın 17-24 arasında qeyd edirdilər.
ERKƏN NƏSRANİLƏR (XRİSTİANLAR)
Roma bütpərəst bayramı zamanı təqibə məruz qalmaqdan qaçmaq üçün, erkən nəsranilər Saturnalia pırkalı (həmişəyaşıl ağacların yarpaqları) ilə evlərini bəzəyərdilər. Nəsranilərin sayı artdıqca və onların adət-ənənələri yayıldıqca, mərasimlər Nəsranilər tərəfindən riayət olunmağa başlandı. Lakin erkən kilsələr Məsihin doğum gününü Telesforusun dövrünə qədər dekabrda keçirmirdilər. Telesforus eramızın əvvəlində 125 ci ildən 136-cı ilə qədər Romada ikinci baş keşiş idi. O elan etdi ki, “Bizim Rəbbimizin və Xilaskarımızın doğumunu” qeyd etmək üçün kilsə xidmətləri o vaxtda keçirilsin. Bununla belə, heç kəs Məsihin hansı ayda anadan olduğu haqqında tam əmin olmadığından, Doğum adətən sentyabr ayında keçirilirdi. Bu ay Yəhudilərin Kərənay Şənliyi (müasir dövrümüzdə olan Roş Haşana) dövründə idi. Əslində, 300 ildən çox insanlar İsa əleyhissəlamın doğum gününü müxtəlif dövrlərdə keçirmişdirlər.
Birim eramızın 274-cü ilində, gecə ilə gündüzün bərabərləşməsi dekabr ayının 25-ə düşdü. Roma imperatoru Aurelian o günü “Natalis Solis İnvicti”, yəni məğlubedilməz günəşin doğum günü şənliyi elan etdi. Eramızın 320-ci ilində, papa 1-ci Culius dekabr ayının 25-ci gününü İsa Məsihin anadan olmasının rəsmi tarixi müəyyən etdi.
Rəsmi Christmas (Milad günü) ümumiyyətlə riayət olunmur
Eramızın 325-ci ilində, böyük Konstantin, ilk Xristian Roma imperatoru, Milad gününü (Christmas) bayram kimi dəyişilməz olaraq dekabr ayının 25-nə keçirdi. Həmçinin Bazar gününü 7-günlük həftənin müqəddəs günü təqdim etdi və dəyişik şənliklər (Easter) elan etdi. Eramızın 354-cü ilində, Romanın baş keşişi Liberius rəsmi olaraq öz üzvlərinə İsa əleyhissəlamın doğum gününü dekabr ayının 25-də qeyd etməyi əmr etdi.
Bununla belə, Konstantinin dekabr ayının 25-ci gününü Məsihin doğum günü olaraq rəsmiləşdirməsinə baxmayaraq, Nəsranilər həmin günü müşrik (bütpərəst) şənliyi hesab etdiklərindən, imperatorun yaxşı niyyətilə razı olmadılar. Hələ son dövrlərə kimi Milad günü (Christmas) nəsranilər arasında bəşəri dəyər qazana bilməmişdir. İngiltərədə, Oliver Kromvel Mavi Qanunlar adlanan qanunla 1649-1660-cı illər ərzində Christmas şənliklərini qadağan etdi. O hesab edirdi ki, Christmas qəmli, hüznlü gün olmalıdır.
Bir çox protestantlar dünyanın bir çox koloniyalarına qaçmaqla təqibdən xilas olduqlarında, onlarda şən Christmas mərasimlərini keçirmək marağı, həvəsi yenidən oyandı. Hələ də, Christmas 1800-cü ilə qədər qanuni bayram kimi qeyd edilmirdi. Və yadda saxlayın ki, o zaman Ata Christmas (Santa Claus) adlanan bir şəxsiyyət yox idi.
CHRİSTMAS MƏŞHURLAŞIR
Christmasın məşhurlaşması 1820-ci ildə Bracebridge zalında Vaşinqton Örvinqin “Milad gününün keçirilməsi” kitabı çıxdıqdan sonra sürətləndi. 1834-cü ildə Britaniyanın şahzadəsi Viktoriya öz alman həyat yoldaşı, Şahzadə Alberti Vindsor qalasına gətirərək ona Avropada, Britaniya İmperatorluğunda keçirilən Christmas ağacı və şən mahnı ənənəsini təqdim etdi sonra. 1834-cü ildə Christmasdan bir həftə əvvəl, Çarles Dikens, Christmas mahnısı (orada o yazırdı ki, Xəsis Kraçitdən işləməyi tələb edirdi və ABŞ Konqresi Milad günündə görüşürdü). Bu o qədər məşhur idi ki, nə kilsələr, nə də hökumətlər Christmas mərasimlərinin əhəmiyyətinə göz yuma bilmədilər. 1836-cı ildə, Alabama ABŞ-da Milad gününün keçirilməsini qanuni bayram elan edən ilk ştat oldu. 1837-cü ildə, T.H Herveyin “Milad günü kitabı” ən yaxşı satılan kitab oldu. 1860-cı ildə Amerikan rəssamı Tomas Nast, Ata Christmas (Sanra Claus) surəti yaratmaq məqsədilə Avropa hekayələrindən müqəddəs Nikolas, uşaqların köməkçi müqəddəsi haqqında hekayələri əldə etdi. 1907-ci ildə, Oklahoma Milad gününü qanuni bayram edən sonuncu ABŞ ştatı idi. İllər keçdikcə, dünyadakı ölkələr Milad gününü İsa əleyhissəlamın doğum gününü qeyd etmək kimi tanımağa başladılar.
MİLAD GÜNÜ
Bu gün müşriklərin bir çox ayinləri Milad günündə əks olunur. İsa əleyhissəlam martda anadan olmuşdur, bununla belə doğum günü dekabr ayının 25-də, gecə-gündüzün birləşməsi vaxtı keçirilir. Milad mərasimləri 12-ci gün (yanvarın 6-ı) sona çatır. Qədim roma müşrikləri tərəfindən günəşin qayıtmasının sayı 12 idi və onun qayıtmasını qeyd edərdilər. Ona görə də, təəcüblü deyil ki, Nəsrani pyuritanları-və yaxud hətta mühafizəkar Nəsranilər-adətən Milad günü “nəzərdə tutulduğu kimi dini keçirilmir” məyus olurlar və unudurlar ki, düz son dövrlərə kimi ümumiyyətlə Chistmas keçirilmirdi.


