Azərbaycanlı qadınlar yaxalandı
Türkiyənin Artvin şəhərinin polis şöbəsinin apardığı əməliyyatlar zamanı 100 əcnəbi qadın ölkədən deportasiya edilib. Bu əməliyyat həmin şəhərin polis şöbəsinin 4 gün ərzində apardığı əməliyyat nəticəsində əldə edilib.
Polis şöbəsinin verdiyi xəbərə görə, Artvinin mərkəzində və ətraf yerlərdə məskunlaşan bu qadınlar ölkəyə turist adı altında gəlsələr də, əslində əxlaqsızlıqla məşğul olublar. Əməliyyat nəticəsində isə məlum olub ki, bu qadınlar həmin ərazilərdə yerləşən kazino və barlarda striptiz göstərirlərmiş.
Onlar eyni zamanda fəaliyyət göstərdikləri kazino və barların müştərilərinə başqa intim xidmətlər də göstərirlərmiş.
Türkiyə Əmniyyət Müdirliyinin apardığı araşdırma nəticəsində bəlli olub ki, bu qadınların 58-i Gürcüstan, 13-ü Rusiya, 6-sı Ukrayna, 14-ü Qırğızıstan, 8-i Azərbaycan, 1-i isə Tacikistan vətəndaşı imiş.
Məsələyə münasibət öyrənmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxlasaq da, cəhdimiz baş tutmadı.


