HİCAB GEYİNMƏYİN SİRRİ
Müsəlman bacılar, Allahu Təala qadına örtünməyi və hicab geyinməyi əbəs yerə əmr etməmişdir. İslami geyim tərzinin hikməti və sirləri böyükdür. Fəzilətləri isə tərifə layiqdir. Hicab geyinməyin faydası və məqsədi ucadır. Bunların hamısını bir neçə sətirlə sizlərə çatdırmağı özümüzə borc bilirik:
1) Namusu və şərəfi qorumaq:
Hicab şəriət buyuruğu ilə namusu və şərəfi qorumaq üçün əmr olunmuşdur. Örtünməklə şəkk və şübhəyə aparan səbəbləri dəf etmək, fitnə və fəsaddan uzaq olmaq olar.
2) Qəlbləri təmizləmək:
Hicab mömin qardaş və bacıların ürəklərini pak etmək, onu imanla ucaltmaq və Allahın haram buyurduğunu düzgün anlamaq üçün buyurulmuşdur. Allahu Təala elə örtünməyi əmr etdiyi ayədə məhz belə buyurmuşdur: ((Bu (örtünmə əmri) sizin (müsəlman kişilər) və onların (müsəlman qadınlar) qəlblərinin təmizliyi üçündür)) Əl-Əhzab surəsi 53-cü ayə
3) Yüksək əxlaqlı olmaq:
Hicab yüksək əxlaqlı, iffətli, pak, həyalı, abırlı və qeyrətli olmağa çağırır. Pislikdən, çirkinlikdən, nalayiq sözlərdən, atmacalardan, səfehlikdən və fəsaddan örtünüb saxlanmağa kömək edir.
4) Həyasızlıqdan təmizliyə qalxmaq:
Hicab müsəlman qızları ədəbsizlikdən və həyasızlıqdan qoruyan bir əlamətdir. Bu, onların şərəfinin və təmizliyinin əlamətini göstərir. Örtünmək onları şübhələrdən uzaqlaşdırır. Allahu Təala buyurub ki; (( Bu, (örtünmək və hicab bağlamaq) tanınmamaqları və incidilməməkləri üçün ən asan yoldur)). Əl-Əhzab surəsi 59-cu ayə. Xarici görünüşün saleh və düzgün - şəriətə uyğun olmağı, daxilin də düzgün və təmiz olmağına dəlalətdir. Iffət və paklıq, qadının başının tacıdır. O evdə ki, o qapıda kı təmizlik və ləyaqət əlaməti var, o evə sevinc bəxş olar.
5) Pis tamahın və şeytani fikirlərin qarşını almaq:
Hicab əziyyətlərdən, qadınların və kişilərin xəstə qəlblərindən, tamahlardan, xain gözlərdən ən gözəl ictimai qalxandır. Hicab geyinmək kişinin qeyrətini və namusunu qoruyur, onu müdafiə edir və eləcə də qadının şərəf və ləyaqətini qoruyur. Aralarında söz gəzdirənlərdən, camaatı pis adlarla ləkələyənlərdən və şeytanı xətərlərdən ən gözəl qoruyucu qadının örtünməsidir.
6) Abır və həyanı mühafizə etmək:
Hicab özü elə bu həyatın içindən götürülüb və hicabsız bir həyat qadın üçün təsəvvür olunmazdır. Allahu Təala insanı elə yaradıb ki, onun nəfsində pisliklər olur və bunlardan qorunmağın, rəzilətin qarşısını almağın və fəzilətə yönəlmənin ən gözəl yolu örtünmədir. Insan fitrətinə və əxlaqına ən yaxın əməl, insanın qəbul edə biləcəyi ən asan metod, örtünməkdir. Həya imanın bir hissəsidir. Həya insanlığın və xüsusilə də müsəlmanların ən yüksək xüsusiyyətlərindəndir. Hicab qadına öz həyasını qorumaq üçun ən gözəl vasitədir, hicabı atmaq isə, həyanı kənara atmaq kimidir.
7) Hicab zinadan qorunmaq üçün ən ideal qalxandır. Bu yolla qadın hər bir şərəfsizin ləkələyə biləcəyi şey olmur.
8) Qadın övrətdir, bu övrəti örtmək üçün isə hicab əmr edilmişdir. Hicab geyinmək təqvadandır. Allahu Təala buyurub ki: ((Ey adəm oğlu, sizə, övrətlərinizi və ayıb yerlərinizi örtmək üçün libas nazil etdik, təqva libası isə ən xeyirlidir)). Əl-Əraf surəsi 26-cı ayə. Deməli Allah üçün və Allahdan qorxaraq bədənini örtən təqvalı olur.
Mənbə www.islamway.com



Duzdu biz muselman qadinlari bu deyilenlere qulaq samali ve riayet etmeliyik.Belke de biz qadinlarin hicabdan qacmaqimizin en birinci sebebkarlari ozlerini "dindar" adlandiran mollalarimiz."savadli" din xadimlerimizdir onlar muselman qadinini cehalet icinde saxlamaq istemishler ve bunun neticesidir ki qainlarimiz bir nov hicaba esaret zencirinin buxovlari kimi baxir ve dediyim o "savadli"dindarlar muselmanlar dinimiz haqqinda duzgun melumatlandirmir ancaq ozlerine ne serf eliyir o haqqda da danishirlar Allaha min shukur ki elm inkishaf etdikce bele cahillerin sayi azalir ancaq yene de Muselman alemindeki hadiseler urek acan deyil
Allahdan umid kesilmez ancaq Allah onu da deyir ki biz bendelerinie sizden hereket menden bereket
Duzdu men de hicab ortmurem ancaq cox isteyirem hem de ki qorxuram cunki cemiyyet tam olaraq bunu qebul ede bilmir ve coxlu problemlerle rastlashir elelxusus kecmish Sovet terkibinde olan Muselman olkeleri
Ancaq yene de tebliqat aparilmalidi bu sahede bu tebliqatlar duzgun ve qerezsiz olmalidi burda hec kime tesir edilmeli deyil biz ancaq kimese neyin duz ve ya yalnish olduqunu gostere bilerik mecbu etmek ise duzgun olmazdi
Allah amaninda
Fevral 29, 2008 12:30