Reklam verin!

NAMAZ

Yazar: musliman @ Dekabr 27, 2007 21:58

namaz Namaz nədir? İslam dininin gətirdiği bu ibadətin bəşər insanı üçün önəmi nədir?

Dünyada yaşadığın hər hansı bir gün içində heç özündən soruşdunmu ki, nədən kainattakı hər şey bir birinə uyğunluq içində, nizamla hərəkət edir? Bəs, günəş, yer və bunun kimi bütün ulduzlar necə də düşünülmüş şəkildə, yollarını çaşmadan və uca bir hikmətlə dövr etdiklərini soruşdunmu?

Namaz nədir? İslam dininin gətirdiği bu ibadətin bəşər insanı üçün önəmi nədir?

Dünyada yaşadığın hər hansı bir gün içində heç özündən soruşdunmu ki, nədən kainattakı hər şey bir birinə uyğunluq içində, nizamla hərəkət edir? Bəs, günəş, yer və bunun kimi bütün ulduzlar necə də düşünülmüş şəkildə, yollarını çaşmadan və uca bir hikmətlə dövr etdiklərini soruşdunmu? Heç özündən soruşdunmu ki, torpaq, su və hava kimi mükəmməl və qüsursuz sistemlərin nə üçün, kimin üçün yaratıldığını? Halbu ki, torpaqdakı hər hansı bir mikro varlıq vəzifəsini bir an olsun belə dayandırsa, torpaq mükəmməl bir sistem olmaqdan çıxar və torpaqda yaranan nemətlər zay olar. Amma həqiqətdə bu vəzifə qüsuru heç bir zaman olmur.
Və sən heç özündən soruşdunmu ki, bizim üçün bu dünyanı qüsursuz olaraq yaradan və işlədən kimdir? Halbu ki, görmürsənmi ki, yağış bizə rəhmət, torpaq isə bərəkət xəzinələrini təqdim edir. Amma biz, bizim üçün xüsusi yaradılan – dağlara, şəlalərlərə, ağaclara, çiçəklərə, meyvələrə və daha nə qədər nemətlərə maddi yönlərdən baxar, gerçəklərdən qaçarıq. Amma haraya qədər? Nə zamana qədər? Nə zamana qədər gözü açıq olaraq gəldiğimiz dünyada gözləri bağlı olaraq yaşamağa davam edəcəyik? Nə zamana qədər bu qüsursuz kainat aləminin, rəhmət xəzinəsinin gerçək sahibinin Allah olduğunun fərqinə varmayacağıq
Halbu ki, heç bir insan özünə verilən bu gözəl nemətlərdən vaz keçmək istəmir və zamanla hər şeyin əlindən çıxacağını bilə-bilə yenə də şükürsüzlükdə israrlılığını davam etdirir.
Gəlin mövzunu digər bir yöndən də incələyək.Əgər qardaşımız, dostumuz və ya tanıdıqlarımızdan hər hansı bir hədiyyə, bir yaxşılıq görsək ona səmimiyyətlə qarşılıq vərmək istəyirik, elə deyilmi?
Bəs, Allahın bizim üçün yaratdığı sayısız nemətlərə, hədiyyələrə, yaxşılıqlara bir qarşılıq vərilməməlidirmi? Sizcə quru “sağ olsun” kəliməsi ilə təşükkür etmək yetərlidirmi, bu qədər nemətə qarşılıq.
Halbu ki, bizə bu sayısız nemətləri vərən, bizim üçün yeri, göyü yaradan Xaliqimizə təfəkkürdən doğan imani bir təşəkkürlə qarşılıq vərməliyik və Onun hüzurunda samimi sevgiylə baş əyməliyik. Amma necə? Nə cür Cənabı Haqqın hüzuruna gəlmək lazımdır? Necə şükür edilir?
Bax bu şükrün özü Namazdır. Bəli Namaz! Alləmlərin Rabbi olan Allaha qovuşmağın ən gözəl və ən uca yolu, Onun sevgisinə qarşılığın ən gözəl bir biçimi. Cənnabı Hakkın huzurunda yalnız namazla durular və yalnız namazla Ona təzim olaraq səcdə ədilər. Yalnız Namzala Allahın sevgili qulları üçün yaratdığı bu uca nemətərə, bu uca hikmətlərə şükr edilər.
Elə isə nə durmuşuq, nəyi gözləyirik? Nə üçün şükürlərin ən əlasına layiq olan Allah üçün alnımızı səcdəyə qoymayıruq? Artık anlamalıyıq ki, şükrə layiq olan yalnız Odur. Elə isə haydi Namaza!!!

İbadət | Şərhlər(0)
Baxış sayı: 130
Açar sözlər: namaz 
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha