Reklam verin!

"Elm Paylaşıldıqca Artar"

İslam Haqqında Hər Şey.....

Dekabr 26, 2007 19:28

  QƏZA VƏ QƏDƏRƏ İMAN

qədər Bizlər,
Uca Allahın əzəli elmi və uca hikmətinə görə, kainat haqqında təqdir etdiyi qədərin xeyrinə və şərrinə inanırıq. Qədərə imanın dörd mərtəbəsi vardır:
Birinci mərtəbə: Elm
Bizlər,
Uca Allahın hər şeyi haqqı ilə bildiyinə inanırıq. O, keçmişdə olanla gələcəkdə olacaq olanı, onun necə olacağını, əzəli və əbədi elmi ilə bilir. Onun bir şeyi bilməyərkən bilər hala gəlməsi və ya bilirkən unudması mümkün deyil.
İkinci mərtəbə: Kitabə (yazılış)



Bizlər,,
Uca Allahın qiyamət gününə qədər olacaq olan şeyləri Lövhi Məhfuzda yazdığına inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «(Ya Rəsulum!) Məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa (hamısını) bilir? Həqiqətən, bu, (lövhi-məhfuz deyilən) bir kitabdadır. Şübhəsiz ki, bu (bütün bunları bilmək) Allah üçün asandır!» (Həcc, 70)
Üçüncü mərtəbə: məşiət (iradə)
Bizlər,,
Uca Allahın göylərdə və yerdə olan hər şeyi dilədiyinə, Onun iradəsi olmadan heç bir şeyin olmayacağına, dilədiyinin olacağına və diləmədiyinin də olmayacağına inanırıq.
Dördüncü mərtəbə: Yaratma
Bizlər,,
Uca Allahın hər şeyi yaratdığına, göylərin və yerin xəzinələrinin Onun əlində olduğuna inanırıq. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Allah hər şeyin xaliqidir. O, hər şeyə vəkildir! Göylərin və yerin açarları (ixtiyarı) Onun əlindədir» (Zumər, 62-63)
Bu dörd mərtəbə Allahın yaratdıqlarını əhatə etdiyi kimi, qulların da etdiklərini əhatə edir. Qulların söylədikləri sözlər, etdikləri işlər və ya etməyib tərk etdikləri şeyin hamısı, Uca Allah tərəfindən bilinməkdə və Onun qatında yazılı olmaqdadır. O şeyləri, Uca Allah diləmiş və yaratmışdır.
Necə ki, Uca Allah aşağıdakı ayələrdə bu mövzuda belə buyurur: «Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün. (Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz!» (Təkvir, 28-29) «Əgər Allah istəsə idi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah Öz istədiyini edər!» (Bəqərə, 253) «Əgər Allah istəsəydi, bunu etməzdilər. (Ya Rəsulum!) Onları da, uydurduqları yalanları da başlı-başına burax!» (Ənam, 137) «Halbuki sizə də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!"« (Saffat, 96)
Bizlər,,
Bununla birlikdə Uca Allahın quluna seçmə haqqı ilə güc verdiyinə, felin birbaşa bu ikisi ilə həyata keçdiyinə inanırıq. Qulun etdiyi felin, onun seçimi və gücü ilə olduğuna dəlalət edən ayələr olduqca çoxdur:
Birincisi: «İstədiyiniz vaxtda öz tarlanıza gəlin!» (Bəqərə, 223) «Əgər onlar (münafiqlər cihada) çıxmaq istəsəydilər, ona hazırlıq görərdilər.» (Tövbə, 46) Uca Allah zövcəsi ilə birləşməsini qulunun özü diləməsi və savaşa hazırlıq etməsini də qulun özünün iradəsilə olduğunu bu iki ayədə bildirir.
İkincisi: Uca Allahın quluna bir şeyi əmr etməsi və ya quluna o şeyi qadağan etməsi. Əgər qulun bu mövzuda seçmə haqqı və gücü olmasaydı, bu onu qaldıramayacağı bir cavabdehlik olardı ki, bu vəziyyət Uca Allahın hikmətinə, rəhmətinə və bu ayədə xəbər verdiyi doğru sözün əksinə olardı: «Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər).» (Bəqərə, 286)
Üçüncüsü: Yaxşılıq edənin etdiyi yaxşılığına qarşı öyülməsi, pislik edənin isə etdiyi pisliyə görə qınanması və hər kəsin qazandığını alması. Əgər qulun əməli öz iradəsi və seçimi ilə olmasaydı, Uca Allahın yaxşılıq edəni öyməsi əbəs, pislik edənin cəzalandırılması da zülüm olardı ki, Uca Allah əbəslə məşğul olmaqdan və zülm etməkdən üzaqdır.
Dördüncüsü: Uca Allahın qiyamət günü peyğəmbərlərdən sonra Allaha qarşı bir üzr bəyan etməmələri üçün müjdələyici və çəkindirici olmaları üçün peyğəmbərlər göndərmişdir. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Biz peyğəmbərləri (mö’minlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın.» (Nisa, 165) Əgər qulun əməli, öz iradə və seçimi ilə olmasaydı, Uca Allahın peyğəmbərlər göndərməsinin həqiqəti boşa çıxardı.
Beşincisi: Hər insan bir şeyi etdiyində və ya etməyi tərk etdiyində heç bir zaman məcbur olaraq nə oturur, nə girir, nə çıxır, nə səfər edir və ya etmir. Bunların hamısını öz iradəsi ilə edər. Bunları edərkən də heç kimsənin onu məcbur etdiyini hiss etməz. Əksinə, bir şeyi öz iradə və seçimi ilə edən kimsə ilə, ona zorla etdirilən insan olduqca asan fərqlənir. Eyni zamanda dinimiz də bu ikisi arasında hikmətli bir şəkildə fərq etmişdir. Necə ki, Uca Allah öz haqqına dair danışdığı mövzülarda başqasının məcburiyyəti ilə edilən işi cavabdeh tutmamışdır.
Bizlər,,
Uca Allahın qədərini həqiqi göstərib üsyan edənin üsyanında heç bir haqlılıq payının olmadığını bilirik. Çünki günah işləyən kimsə Uca Allahın onun haqqında nə təqdir etdiyini bilmədən öz seçimi ilə günah işləyir. Buna görə bir kimsə Uca Allahın onun haqqında nə təqdir etdiyini ancaq baş verəndən sonra öyrənir. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Heç kəs səhər nə kəsb edəcəyini (savab, yaxud günah qazanacağını), heç kəs harada öləcəyini bilməz.» (Loğman, 34)
İnsanın bir işi etdikdən sonra bilmədiyi bir həqiqəti üzr bəyan etməsi heç doğru olarmı? Necə ki, Uca Allah bu barədə belə buyurur: «Müşriklər belə deyəcəklər: "Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) belə təkzib etmişdilər. Nəhayət, əzabımızı daddılar. (Onlara) de: "Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan uydurursunuz!"« (Ənam, 148)
Qədəri aşkar edib günah işləyən kəsə deyirik ki: «Uca Allah sənin haqqında itaəti təqdir etdiyi halda nə üçün itaət etmədir? Çünki baş vermədən əvvəl təqdir olunan bir şeyi bilinmədiyi üçün itaətlə günah arasında heç bir fərq yoxdur» Bu səbəblə Peyğəmbər (s.ə.s) Uca Allahın hər kəsə Cənnət və Cəhənnəmdə qalacağı yeri yazdığını əshabına xəbər verincə, əshabı ona : «O halda (Allaha) təvəkkül edib çalışmağı buraxaq mı?» Peyğəmbər (s.ə.s) onlara: «Xeyir, çalışın. Hər kəsə özü üçün təqdir olunanı etməyə asan görəcək»-deyə buyurdu. (Buxari, 4945; Muslim, 2647; Tirmizi, 2136)
Qədəri həqiqət göstərib günah işləyənə deyərik ki: Məkkəyə getmək istəyirsən. Məkkəyə getmək üçün də iki yol olduğunu, bu iki yolun birinin qorxunc və çətin, digərinin isə əmin amanlı və asan olduğunu doğru sözlü birisi sənə söyləsə ikinci yolu seçərsən. Mənim üçün bu yol təqdir edildi deyərək birinci yolu seçmən mümkün deyil. Belə etsən insanlar sənin dəli olduğunu söyləyərlər.
Yenə, qədəri həqiqət göstərib günah işləyənə deyərik ki: sənə iki vəzifə təqdim edilsə və birinin maaşı digərindən daha yüksək olsa, təbii ki, sən maaşı yüksək olan maaşı seçərsən. O halda necə olur ki, axirətlə əlaqəsi daha az olan əməli özün üçün seçib qədəri həqiqətdə göstərirsən?
Yenə, qədərin həqiqətdə göstərib günah işləyənə deyərik ki: xəstələndiyində müalicə olmaq üçün hər həkimin qapısını döyürsən. Bədənindəki ağrılara, əməliyyata və dərmanın acılığına səbr edərsən, bəs qəlbinin xəstəliyi olan günahlara nə üçün eyni şeyləri yazmırsan?
Bizlər,,
Rəhmət və hikmətinin kamilliyinə görə pisliyin Uca Allaha nisbət edilməməsinə inanırıq. Necə ki, Peyğəmbər (s.ə.s) bu barədə belə buyurur: «Pislik (şər) sənə nisbət edilə bilməz(Allahım)» (Muslim, 771; Əbu Davud, 760; Tirmizi, 3422)
Hətta Allahın təqdir etdiyi hər hökmdə belə şər yoxdur. Çünki bu hökm Allahın rəhmət və hikmətindən gəlmişdir. Şər, Allahın təqdir etdiyi şeylərin nəticəsində olur. Necə ki, Peyğəmbər (s.ə.s) nəvəsi Həsən (r.a)-a kunut duasını öyrədərək belə buyurmuşdur: «(Allahım! Haqqımda) verdiyin hökmün şərrindən məni qoru» (Əbu Davud, 1425; Tirmizi, 464)
Hədisdə olduğu ki, şər Allaha deyil, Uca Allahın təqdir etdiyi şeyə aid olunur. Bununla birlikdə şər, hər zaman təqdir edilən şeylərlə birlikdə şər deyildir. Bir tərəfdən şərdirsə, digər tərəfdən xeyir ola bilər bə ya bir yöndən şərdirsə başqa bir yöndən xeyir ola bilər. Məsələn, yer üzündə quraqlıq, xəstəlik, kasıblıq və qorxu kimi vəziyyətlərin ortaya çıxması ilə tarazlığın pozulması, bir yöndən şər isə digər yöndən xeyirlidir. Necə ki, Uca Allah bu barədə belə buyurur: «İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bə’zi yerlərdə quraqlıq, qıtlıq olar, bə’zilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bə’zi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar» (Rum, 41)
(Həd cəzası tətbiq edilərək) oğrunun əlinin kəsilməsi və ya zina edən evli kişi və ya qadının daşlanaraq öldürülməsi, əli kəsilən və ya öldürülən kimsəyə görə şərdir. Ancaq digər tərəfdən o ikisi üçün də xeyirlidir. Həd cəzasının tətbiq edilməsi, onların günahlarına kəffarədir. Onlara eyni anda həm dünya, həm də axirət əzabı tətbiq edilməz. Digər tərəfdən həd cəzasının tətbiq edilməsi ilə mallar, canlar və nəsillər qorunmuş olur ki, bu da fərd və cəmiyyət üçün xeyirlidir.

BU İNANCIN FAYDALARI
Böyük əsasları özündə cəm edən bu uca inanc, inananlarına çox və əhəmiyyətli faydalar verir.
Uca Allah Onun ism və sifətlərinə iman etmənin faydaları:
Allaha, gözəl adlarına və uca sifətlərinə inanmaq, əmrlərini yerinə yetirmə və qadağalardan da çəkinməsi lazım olan bir qula Allah sevgisi və Allahı ucaltma hissiyatı verir. Allahın əmrini yerinə yetirmək və qadağalardan da qaçmaqla fərd və cəmiyyətə dünya və axirət səadətini verər. Necə ki, Uca Allah bu barədə belə buyurur: «Mö’min olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik!)» (Nəhl, 97)
Mələklərə iman etmənin faydaları:
1. Cinləri və insanları yaradanın əzəmətini, qüvvət və hökmranlığını bilməmizi təmin edər.
2. Qullarına verdiyi dəyərə görə Allaha lazımi qədər şükr etməyi təmin edər. Elə ki, Uca Allah qullarını qorumaq, əməllərini yazmaq və onların mənfəətləri üçün mələklərini vəzifələndirmişdir.
3. Uca Allaha ən gözəl şəkildə ibadət etdiklərindən və möminlərin bağışlanma üçün Allaha yalvardıqlarına görə mələkləri sevdirər.

Kitablara iman etmənin faydaları:
1. Uca Allahın qullarına olan rəhmət və onlara verdiyi dəyəri bildirir. Uca Allah, doğru yolu tapmaları üçün hər qövmə bir kitab göndərmişdir.
2. Uca Allahın hikmətinin təzahürü olaraq, bu kitabda hər ümmətə uyğun olanı din etmişdir. Bu kitabların sonuncusu Qurani Kərim, hər zaman və məkan üçün qiyamətə qədər bütün yaradılmışlar üçün ən uyğun olan kitabdır.
3. Uca Allahın bu barədə nemətinə şükr etməyi təmin edir.

Peyğəmbərlərə iman etmənin faydaları:
1. Uca Allah qullarına olan rəhmət və onlara verdiyi dəyəri bilməni təmin edir. Belə ki, Uca Allah, insanlara doğru yolu göstərmək və onları o yola çağırmaq üçün hər qövmə bir peyğəmbər göndərmişdir.
2. Uca Allahın bu böyük nemətinə şükr etməyi təmin edir.
3. Peypəmbərləri sevməni, onlara lazım olan kimi hörmət göstərməyi və onları layiq olduqları şəkildə oyməni təmin edir. Çünki peyğəmbərlər Uca Allahın elçiləri və seçilmiş qullarıdır. Peyğəmbərlər, Allaha ibadət edən, Onun elçilik vəzifəsini təbliğ edən, Allahın qullarına nəsihət edən və bu yolda onların əziyyətlərinə səbr edən insanlardr.

Axirət gününə iman:
1. Axirət gününün savabını ümüd edərək Uca Allaha ibadət etməyə və o günün əzabından qorxaraq günah işləməkdən qaçmağa təşviq edər.
2. Dünya nemətlərini ümid edib əldə edə bilməyən möminləri, axirət nemətlərin və savabını əldə edəcək olması ilə təsəlli verər.

Qədərə iman etmənin faydaları:
1. Bir şeyi edərkən səbəblərə sarılma barəsində Uca Allaha güvənməni təmin edir. Çünki həm fel, həm də nəticəsi Uca Allahın qəza və qədərilə olmaqdadır.
2. Buna inanan bir nəfs həm rahatlığa qovuşur, həm də qəlbi mütmain olur. Çünki olanın Uca Allahın qəza və qədərilə olduğunu və bu istənilməyən vəziyyətin qaçınılmaz olduğunu bildiyində, nəfsi rahatlıq tapır, qəlbi mütmain olur və Rəbbinin qəzasına razı olur.
Qədərə inanan kimsədən daha gözəl həyat yaşayan, nəfsi daha rahat və qəlbi daha mütmain olan heç kimsə yoxdur.
3. Qədərə iman, istənilən şey baş verdiyində insanın özünü bəyənmişlikdən qurtulmasını təmin edir. Çünki Allaha təqdir etdiyi səbəblərdən olan xeyir və müvəffəqiyyətin həqiqət olması, bir nemətdir. Bunun üçün bu nemətə qarşılıq olaraq Uca Allaha şükr edər və özünü bəyənmişliyi tərk edər.
4. İstənilən şey əldə olunmaması və ya istənilməyən bir şeyin baş verməsi halında stresdən və sıxıntıdan qurtarmağı təmin edir. Çünki bu vəziyyət, göylərin və yerin hökmranlığı əlində olan Uca Allahın qəzası (və qədəri) ilə olmuşdur. Bunun baş verməsi qaçınılmazdır. Yəni bu vəziyyətdə səbr edər və mükafatını Uca Allahdan ümid edər. Necə ki, Uca Allah bu mövzuda belə buyurur: «Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! 23. Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz! « (Hədid, 22-23)
Uca Allahdan bizləri bu inanc üzrə sabit etməsini, bu inancın faydalarını həyata keçirməyi, bizlərə lütf və ihsanından verməyi, hidayətdən sonra qəlblərimizi imandan çıxmasını və bizlərə rəhmətini verməsini diləyirik. Şübhəsiz ki, O qullarına qarşılıqsız və bol verəndir. Həmd aləmlərin Rəbbi olan Allahadır.

Muhamməd b. Saleh əl-Useymin

Şərh yazma qapalıdır.

© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com