Allaha İman

Uca Allahın sifətləri haqqında, təfsilatlı və əsas, isbat və rədd yönündən söylədiyimiz hər şeydə Rəbbimizin Kitabı ilə Peyğəmbərimiz Məhəmməd (s.ə.s)-in sünnəsinə, bu yolda gedmiş ilk müsəlmanların yoluna və onlardan sonra gələn hidayət qabaqcılları olan imamların fikirlərinə söykəndik
Həmd yalnız Allaha məxsusdur. Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Ona sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Allahdan başqa ilah olmadığına şəhadət edirəm. O, təkdir və şəriki də yoxdur. Şəhadət edirəm ki, Məhəmməd Onun qulu və Rəsuludur.
Ön söz
Həmd aləmlərin Rəbbi Allaha məxsusdur, gözəl nəticə (Cənnət), Allahdan lazımı qədər qorxan müttəqilər üçündür. Düşmənlik ancaq zalımlaradır. Allahdan başqa (haqqı ilə ibadət ediləcək) bir ilahın olmadığına, Onun bir olduğuna və ortağının olmadığına, Məhəmməd (s.ə.s)-in Allahın qulu və elçisi, peyğəmbərlərin sonuncusu, müttəqilərin qabaqcılı olduğuna şəhadət edirəm. Heç şübhəsiz ki, Uca Allah elçisi Məhəmməd (s.ə.s)-i aləmlərə rəhmət, möminlərə gözəl bir misal, bütün qullarına hüccət olması üçün hidayət və haqq dini ilə göndərmişdir. Uca Allah qullarının xeyrinə olan hər bir şeyi onların dini və dünyəvi hallarını düzəltmək, onların doğru inanca, sağlam əməllərə, gözəl əxlaqa və uca bir təbiətə sahib olmaları üçün Məhəmməd (s.ə.s)-ə endirdiyi Qurani Kərim və hikmətlə açıqlamışdır.
Məhəmməd (s.ə.s) ümmətini gecəsi də gündüzü kimi apaçıq bir yol olan İslam dini üzrə buraxmışdı. O yoldan ancaq özünü həlak edən uzaqlaşır.
Allah və Rəsulunun dəvətinə tabe olan səhabə, tabiin və onlara ən gözəl bir şəkildə tabe olan ümməti də bu haqq yolla gedmiş, inanc, ibadət, əxlaq və tərbiyə yönündən şəriətini tətbiq edərək Onun sünnəsinə sımsıx sarılmışlar. Beləcə özlərini düşmən edən və pis davrananların onlara heç bir zərər verəməyəcəyi və Allahın əmri gəlib qiyamət qopana qədər bu haqq yol üzrə olacaq olan taifə sadəcə onlar olmuşlar.
Bizlər, Allaha həmd olsun onların yolunda gedən, onlar kimi Quran və Sünnə ilə hidayətə nail olan, bunu Allahın üzərimizdəki bir neməti olaraq görən və hər möminin belə olması lazım olduğuna inananlarıq.
Uca Allahdan bizləri və müsəlman qardaşlarımızı dünya və axirətdə «Lə iləhə illəllah» kəliməsi ilə sabit etməsini və bizlərə tərəfindən rəhmət ehsan etməsini diləyirik. Şübhəsiz ki, O, qarşılıqsız və çox verəndir.
Bu mövzunun əhəmiyyəti və insanların bu mövzuda bir çox fikir ayrılığına düşmələri səbəbilə Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, qədərin xeyrinə və şərrinə inanmaq olan əhli sünnə vəl cəmaə inancımızı xülasə olaraq qələmə almağı uyğun gördüm.
Uca Allahdan, bu çalışmamı kəramətli Üzünə/Vəchinə, xalis və rizasına uyğun, qullarına da faydalı etməsini diləyirəm.
Məhəmməd b. Saleh əl-Useymin
ALLAHA İMAN
Uca Allahın sifətləri haqqında, təfsilatlı və əsas, isbat və rədd yönündən söylədiyimiz hər şeydə Rəbbimizin Kitabı ilə Peyğəmbərimiz Məhəmməd (s.ə.s)-in sünnəsinə, bu yolda gedmiş ilk müsəlmanların yoluna və onlardan sonra gələn hidayət qabaqcılları olan imamların fikirlərinə söykəndikBizlər
Uca Allahın mövzusunda Quran və Sünnənin bildirdiklərinin Allaha yaraşan bir şəkildə zahirən və həqiqi anlamına görə alınması vacib olduğuna inanırıq.
Bizlər
Uca Allahın sifətlərini təhrif edərək Allah və Rəsulunun qəsd etdikləri mənadan başqa mənalara dəyişdirənlərin yolundan uzaq dururuq.
Bizlər
Uca Allahın sifətlərini, Allah və Rəsulunun qəsd etdikləri mənalardan yan keçənlərin yolundan uzaq dururuq.
Bizlər
Uca Allahın sifətlərinə misal və ya keyfiyyət verməklə həddini aşanların yolundan uzaq dururuq. Uca Allah kitabı ilə Peyğəmbəri (s.ə.s)-in sünnəsində göstərilən şeylərin haqq olduğunu, xəbər verilən bu şeylərdə hər hansı bir ixtilafın olmadığını yəqin olaraq bilirik. Uca Allah bu barədə belə buyurur: «Onlar Qur’an barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar.» (Nisa, 82)
Çünki xəbər verilən mövzularda ixtilafın olması, bu mövzuların birbirini yalanlamasını vacib edir. (Yəni birinin doğru, digərinin yalan olmasını vacib edir) Uca Allah və elçisi Məhəmməd (s.ə.s)-in xəbər verdiyi mövzularda belə bir şeyin olması imkansızdır.
Hər kim, Allahın kitabında və rəsulu Məhəmməd (s.ə.s)-in sünnəsində və ya Quran ilə sünnə arasında bir ixtilafın olduğunu iddia edərsə, o kimsə pis niyyətli və qəlbində əyrilik olan bir insandır. Onun dərhal tövbə etməsi və içərisində olduğu zəlalətdən qurtulması lazımdır.
Allahın kitabı və Rəsulunun sünnəsində, yaxud da Quran ilə sünnə arasında bir ixtilafın olduğunu zənn edən kimsənin ya elmi yetərsizdir, ya anlayışı qısadır, ya da yaxşıca düşünməmişdir. Buna görə, haqqın açıq-aydın ortaya çıxması üçün bu kimsənin elmi araşdırma etməsi, yaxşıca düşünə bilməsi üçün çox çalışması lazımdır. Haqq bəlli olmasa belə işi bilənə həvalə etməsi, pis zənnlərdən uzaq durması və elmdə dərinləşmiş olanlar kimi belə deməsi lazımdır: «Elmdə qüvvətli olanlar isə: " Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır", - deyərlər.» (Ali-İmran, 7) Bilinməsi lazımdır ki, Quran və Sünnədə və ya hər ikisi arasında heç bir ixtilaf yoxdur
